İllərdir alimlərin edə bilmədiyini koronavirus etdi

NASA yeni növ koronavirus epidemiyasının Çində ekoloji vəziyyətə müsbət töhvə verdiyini açıqlayıb.

 

NASA-nın rəsmi “Twitter” səhifəsindən yayımlanan açıqlamada bildirilir ki, havadakı azot dioksid qazı azalıb. Bunu özündə əks etdirən görüntülər də paylaşılıb. NASA-dan bildirilir ki, bütün Çin ərazisində hava təmizləyi hazırda çox yüksək səviyyədədir.

 

Xatırladaq ki, azot dioksid qazı havaya avtomobillər, elektrik stansiyaları, zavod və fabriklər tərəfindən atılır. Alimlər on illərdir hava çirkliliyi ilə mübarizə aparsalar da, buna nail ola bilmirlər.