İlk ərəb kosmonavt səmaya uçacaq

Sentyabrın 25-də  ilk ərəb kosmonavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş həyata keçirəcək.
 
BU barədə Trend İA məlumat verib.
 
Məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsuri BKS-də səkkiz gün keçirəcək.
 
Sentyabrın 29-da isə stansiyada çalışan digər kosmonavtlar üçün ərəb mətbəxindən ziyafət veriləcək.
 
H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşəcək. Heyətdə rusiyalı Oleq Skripoçka və amerikalı Cessika Meir də yer alacaq.
 
Hazırda BKS-də rusiyalı Aleksey Ovçinin və Aleksandr Skvortsov, amerikalı Nik Heyq, Kristina Kuk və Endrü Morqan, eləcə də italiyalı Luka Parmitano işləyir.