İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub

Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

C. Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilib.