İkin Rüstəmzadəylə bağlı kommunikasiya başladı

İkin Rüstəmzadəylə bağlı kommunikasiya başladı

 

Avropa İnsan hüquqları Məhkəməsi həbsdə olan gənc fəal İlkin Rüstəmzadə ilə bağlı növbəti kommunikasiya başladıb.
 
Bu barədə hüquqşünas Xalid Bağırov məlumat yayıb.
 
"Nəhayət, İlkin Rüstəmzadənin işini də Konvensiyanın 18-ci maddəsi ilə baxılacaq. Konvensiyanın 18-ci maddəsinin pozuntusu 6 və 10-cu maddəsinin pozuntusu prizmasından araşdırılacaq"- X.Bağırov bildirib.
 
Hüquqşünas qeyd dib ki, bundan əlavə Konvensiyanın 6.1, 6.3 və 7-ci maddənin pozuntusu da araşdırılacaq.
 
İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib.
 
Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən fəal 8 il həbs cəzası alıb. 
 
"Amnesty International" hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan İ.Rüstəmzadəni "vicdan məhbusu" adlandırıb.
 
Həmin vaxt onunla birgə həbs edilən bütün fəallar əfv fərmanı ilə azadlığa buraxılsa da, İ.Rüstəmzadə hələ də həbsdədir.
 
 
Toplum Tv

Facebook