`İki` qiymətinə görə oğlunu döyən ana külli miqdarda cərimələndi

Rusiyanın Primorye şəhərində məktəb direktoru şagirdin üzündə və bədənində qançırlar gördüyü üçün polisə xəbər edib. Hadisənin başvermə səbəblərini aydınlaşdırmaq üçün məktəbə yetkinlik yaşına çatmayanlarla iş üzrə müfəttiş göndərilib.

 

"Vesti" xəbər verir ki, şagird anası tərəfindən döyüldüyünü bildirib. Ana da ifadəsində uşağı döydüyünü etiraf edib.

 

"Onun gündəliyində "iki" qiymətlərini gördükdə, cəzalandırmaq üçün kəmərdən yaxşı bir şey ağlıma gəlmədi", - ana deyib.

 

Müayinə nəricəsində bədəndəki qançırların fəsad yaradacaq həddə olmadığı aşkarlanıb. Amma buna baxmayaraq anaya qarşı inzibati protokol tərtib edilib və o, 30 min rubl (800 AZN) cərimələnib. Ailə isə şəhər daxili işlər idarəsində profilaktik qeydə götürülüb.