İki MBH üzvü səhər saatlarında saxlanılıb (yeniləndi)

Axşam saatlarında 14-cü polis bölməsində saxlanılan hərəkat üzvüləri sərbəst buraxılıb. Bu barədə redaksiyıza fəallar özləri xəbər verib. Onların saxlanılma səbəbi bu gün Azərbaycan Xalq Cəbhəsinin Milli Məclis önündə keçirdiyi aksiya ilə bağlı olub. Ona görə də aksiya bitdikdən sonra onlar azad buraxılıb.

Xatırladaq ki, bu səhər MBH fəalları Samir Babayev və Etibar İsmayılov 14-cü polis bölməsi tərəfindən saxlanılmışdı. 

 

Bu gün səhər saatlarında Müsəlman Birliyi Hərəkatının iki üzvü saxlanılıb. Bu barədə məlumatı Operativ.tv-yə hərəkatın mətbuat katibliyindən bildirilib. Belə ki, hərəkatın iki fəali üzvü Samir Babayev və Etibar İsmayılovun birlikdə naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Hər iki hərəkat üzvü bu səhər azadlığa qovuşmuş keçmiş siyasi məhbus Abgül Süleymanovla görüşmək niyyəti ilə evdən çıxdıqları zaman saxlanılıblar. Onların hansı idarə və hansı səbəbdən saxlanılması barədə hələlik heç bir məlumat yoxdur. Hadisəni aydınlaşdırmağa çalışacağıq.