İdlibdə radikal qruplaşmalar arasında şiddətli döyüşlər başlayıb (VİDEO)

Suriyanın İdlib əyalətində (Əl-Qaidənin qanadı olmuş və digər adı Cəbhət Ən-Nusra) “Heyət Təhrir-Şam” qruplaşması ilə “Cunduş-Şam” qruplaşmalası arasıdna şiddətli döyüşlər başlayıb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, İdlibin Cisr-Şuğur və Cəbəl-Türkman bölgələri əyalətdə ən çox hərbi gücə malik olan “Heyət Təhrir-Şam” qruplaşması ilə “Cunduş-Şam” qruplaşmalası arasıdna şiddətli döyüşlərin şahidi olub.

Məlumata görə, “Heyət Təhrir-Şam” qruplaşması “Cunduş-Şam” qruplaşmalasının yerləşdiyi Cəbəl-Türkmən (tərcümə: Türkmən Dağları) bölgəsi istiqamətində hücuma keçib. İlkin məlumatlar ikinci qruplaşmanın bölgənin bəzi qəsəbələrindən geri çəkilməsilə bağlı razılaşmanın əldə edildiyindən xəbər verir.

Qeyd edək ki, bölgədə atəşkəsə təzminat verən Türkiyə tərəfidir. 2019-cu ildə Rusiya və Türkiyənin vasitəçiliyi ilə bölgədə atəşkəs elan edilib. Lakin son zamanlarda Suriya və Rusiya Hərbi Hava Qüvvələri bölgəyə hava zərbələri endirirlər.