“İdarədə məni döydülər, 3 gün toka verdilər, olmazın işgəncələrə məruz qaldım” - Video

Fevralın 24-də 30 sutka inzibati qaydada həbs olunan blogger Elgiz Sadıqlı həbs olunmasının səbəblərini və bölmədə baş verənləri Kanal13-ə danışdı. Elgiz Sadıqlı iddia edr ki, həbs olunandan sonra polis bölməsində ona qarşı təhqirlər, təhdidlər olub. Elgiz Sadıqlı hətta iddia edir ki, 3 gün ərzində ona qısa fasilələrlə tok da verilib.