"İçərişəhər" Muzey Mərkəzi 2 tenderini ləğv etdi

"İçərişəhər" Muzey Mərkəzi 2 satınalma elanını ləğv edib.

Operativ.tv FED.az-a istinadla xəbər verir ki, komputer proqram təminatının hazırlanması və alınması, avadanlığın alınması (termoprinter və ştrix kod) üçün elan etdiyi satınalma elanlarını ləğv edib. Satınalmalar satınalmalar haqqında Qanunun 11.2 maddəsinin 3-cü bəndinə əsasən ləğv olunub.

Qeyd edək ki, 11.2 maddədə qeyd olunan qaydalar aşağıdakı kimidir:

11.2. Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər:

tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə; tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.

Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Satınalan təşkilat tender təklifi, oferta və ya kotirovka təqdim etmiş malgöndərənin (podratçının) sorğusu ilə ona bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etməsi barədə məlumat verir.