ICGB Azərbaycan qazının daşınması üçün yeni idarəetmə modelini tətbiq edir

Azərbaycan təbii qazını Yunanıstana, oradan da Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnectoru layihə şirkətini (ICGB ) müstəqil nəqletmə operatoruna çevirmək tələblərinə cavab olaraq yeni idarəetmə modelini təqdim edib.

Operativ.tv bu barədə Report-a İCGB şirkətinə istinadən məlumat verib.

Bildirilir ki, şirkətin səhmdarlarının - Bolqarıstan Enerji Holdinqi (BEH) və “IGI Poseidon” şirkətinin ümumi yığıncağından sonra şirkətin yeni Nizamnaməsi də qəbul edilib. Dəyişikliklər ICGB-nin Yunanıstan və Bolqarıstanın milli enerji tənzimləyiciləri tərəfindən iyul ayında elan edilmiş şirkətin sertifikatlaşdırılması üzrə öhdəliklərinin bir hissəsidir.

Baş Assambleyada Yunanıstan tərəfdən yeni icraçı direktor seçilib və yeni yaradılmış iki strukturun - şirkətin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibi təsdiqlənib. Şirkətin iki strukturun yeni seçilmiş üzvləri ICGB-nin müstəqil ötürmə operatoru kimi sertifikatlaşdırma prosesinin bir hissəsi olaraq 2022-ci ilin martında tənzimləyici təsdiq üçün namizəd göstərilib.

Şirkəti iki icraçı direktor təmsil etməkdə davam edir. Bu, Bolqarıstan tərəfdən Teodora Georgieva, Yunanıstan tərəfdən isə Georgios Satlasdır.

Qeyd edək ki, MBA dərəcəsi olan mexanika mühəndisi (NTUA) G. Satlas investisiya və daşınmaz əmlakın idarə edilməsi sahələrində son dərəcə geniş prinsiplərlə məşğul olan maliyyə sektorunda bir neçə illik idarəetmə təcrübəsinə malikdir. O, Yunanıstanın suveren fondunda, eləcə də bütün dörd sistem əhəmiyyətli yunan bankının törəmə şirkətlərində yüksək vəzifəli icraçı olub.

"Mən IGB layihəsinə son dərəcə dinamik, eyni zamanda Avropanın enerji sektoru üçün təlatümlü dövrlərdə onun inkişafının çox mühüm mərhələsində qoşuluram. Bu, Bolqarıstanda ən yüksək texnologiyalı qaz kəməri olacaq və eyni zamanda, tamamilə Cənub-Şərqi Avropaya təbii qaz idxalı üçün yeni marşrut, bölgə üçün yeni həllər və enerji çevikliyi təmin edir. IGB vasitəsilə Yunanıstan və Bolqarıstan bölgənin qaz xəritəsində özlərini tamamilə yeni bir şəkildə yerləşdirəcəklər və mənim üçün bu prosesin bir hissəsi olmaq şərəfdir", - deyə G. Satlas bildirib.

İcraçı direktorlar üçün əsas tələb ondan ibarətdir ki, bu vəzifəni icra etməzdən əvvəl onlar müəyyən müddət ərzində ICGB-nin heç bir səhmdarı ilə əlaqəli olan şaquli inteqrasiya olunmuş müəssisənin bir hissəsi olmayıblar. Yunanıstan tərəfdən əvvəlki icraçı direktor Konstantinos Karayannakos Yunanıstanın “DEPA Commercial S.A.” komandasının bir hissəsidir ki, bu da Yunanıstan tərəfindən dəyişikliyi zəruri edir.

"Yunanıstan-Bolqarıstan İnterkonnektorunun həyata keçirilməsi region üçün ümumi Avropa enerji strategiyasının son dərəcə mühüm elementidir və iki milli hökumətin əsas prioritetləri sırasındadır. Bu layihə üzərində işləmək ciddi peşəkar çağırış olmaqla yanaşı, həm də nailiyyətdir və mən bu layihənin həyata keçirilməsi üçün birlikdə göstərdiyimiz səylərə görə bütün ICGB komandasına təşəkkür etmək istərdim”, - deyə K. Karayannakos bildirib.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.