Həzrət Həmzənin (ə) məqamı cəmiyyətə tanıdılmalıdır

“Cəmiyyət Həzrət Həmzə (ə) haqqında kifayət qədər məlumatlı deyil. Ona görə də onun üstün şəxsiyyəti cəmiyyətə izah edilməlidir.”

Az.shafaqna.com xəbər verir ki, bunu Beynəlxalq Şəhid Həmzə Simpoziumunun rəsmilərini qəbul edərkən böyük mərcə təqlid müctehidi olan Ayətullah Safi Qolpayiqani bildirib.

O bu mübarək işə görə təşəkkür və minnətdarlığını bildirdikdən sonra “Təəssüf etiraf etməliyik ki, İslamın ali şəxsiyyətlərini tanıtmaq üçün kifayət qədər iş aparılmamışdır. . Xüsusilə Həzrət Həmzənin tanıdılması istiqamətində çox passiv iş aparılıb. Şəhidlərin ağası Həzrət Həmzəni təbliğ etməkdə hamımız zəif olmuşuq. Bu böyük şəxsiyyəti tanıtmaq üçün çoxdan səy göstərməli idik.”, – deyə əlavə edib.

Ayətullah Qolpayiqani sözlərini belə davam edib: “Bu böyük şəxsiyyətə ehtiram göstərmək çox dəyərli və savab olsa da, şübhəsiz ki, Zamanın İmamı,  Həzrət Mehdinin qəlbini sevindirəcək. Bu böyük şəxsiyyət hər mühitdə, məclisdə ən gözəl şəkildə xatırlanmalı, oxunan zikri-müsibətlər və mərsiyələrdə yer almalıdır. Təəssüf ki, cəmiyyət onun şəxsiyyətini tanımır və burada görülməli olan iş – bu böyük şəxsiyyəti cəmiyyətə tanıtmaqdır. Heç bir şəxsiyyət, Həzrət Həmzə (ə) qədər Əhli-beytdən hörmət və ehtiram görməmişdir. Əhlibeyt onun məzarını ziyarət etməyə xüsusi maraq göstərirdi. Həmzə Əhlibeytdən idi və dinin qorunub saxlanmasında gözləri yaşardan təsir bağışlayıb.”

Görüşün sonunda Ayətullah Safi Qolpayiqani bu dəyərli işə görə simpozium rəsmilərinə təşəkkür edərək ” Sizə və bu işin daha təsirli və məhsuldar olması üçün səy göstərən hər kəsə təşəkkür edirəm. Gördüyünüz iş çox böyük bir işdir. İnşallah bu Simpoziumu ən yaxşı şəkildə reallaşdıra biləcəksiniz.”, -deyə qeyd edib.