Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar

Yəmənin "Ənsar Allah" hərəkatının Husi üsyançıları Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəd yaxınlığında yerləşən Cizan şəhərinə ballistik raket hücumu həyata keçirib.

Trend xəbər verir ki, bu barədə mələumatı Al Arabiya telekanalı yayıb.

Bildirilir ki, bu, husilərin sənaye zonasında mülki şəxslərə üçüncü hücum cəhdidir. Raket hücumu nəticəsində Sudan və Banqladeş vətəndaşı olan iki nəfər yüngül xəsarət alıb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası məlumat verib ki, krallığın hava hücumundan müdafiə sistemləri "Ənsar Allah" nümayəndələrinin Yəmənin şimal-qərbindəki Əl-Cəvf əyaləti ərazisindən havaya qalxan iki PUA ələ keçirib və məhv edib.