Husilər Qırmızı dənizdə böyük ekoloji fəlakətlə bağlı xəbərdarlıq ediblər

Husilər 1.1 milyon barel neft daşıyan tankerin batacağı və bölgə sularında ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə husilərin dəstəklədiyi Yəmənin “Milli Qurtuluş Hökuməti”nin (paytaxt Səna) Nəqliyyat naziri Əbdülvahhab əl-Darra açıqlama verib.

O, hazırda Yəmən sahilində xarab olmuş və qəzaya uğramın Safir neft tankerində 1.1 milyon neftin olduğunu deyib və beynəlxalq təşkilatlardan gəminin təmirinə başlanılmasını istəyib.

Yəmən rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı koalisiyasının mane olmasından sonra gəmi aylardır əl-Hudeyda limanına yaxın sularda çıxılmaz vəziyyətdə qalıb və əgər gəminin içinə suyun dolması prosesi sürətlənərsə və gəmidə qəza olarsa 1.1 miqdarında neft təkcə Qırmızı dənizdə deyil, Səudiyyə Ərəbistanı sahilində, hətta Suveyş kanalında da ekoloji fəlakətə səbəb olacaq.