Husilər: Müharibəni bitirməyə hazırıq

Husilər Yəmən Prezidenti Mənsur Hadi və ərəb koalisiyası ilə sülh imzalamağa hazırdır.

Axar.az xəbər verir ki, bunu Yəməndəki Ənsər Allah qruplaşmasının rəsmi nümayəndəsi Hüseyn Azi deyib.

“Biz Yəmən xalqının qüruruna hörmət edəcək, Yəmənin işlərinə müdaxiləni sona gətirəcək sülhə hazırıq. Yəmən prezidentinə dəstək verən siyasətçilər sadəcə alətdirlər. Onlar heç nəyi həll etmirlər. Müharibə ilə bağlı qərarlar Səudiyyə Ərəbistanının əlində cəmləşib”, – deyə o bildirib.