Husilər atəşkəs dayandıqdan sonra Səudiyyə və BƏƏ-nə hücumla bağlı xəbərdarlıq ediblər

Yəməndə atəşkəs müddətinin artırılmaması fonunda qarşılıqlı hücumlarla bağlı təhdidlər artıb. Ənsarullah hərəkatı qarşı tərəfi atəşkəs şərtlərinə əməl etməməkdə ittihamlandıraraq, yenidən hücumla bağlı təhdid edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Yəmənin Ali Siyasi Şurasının (husilər) tanınmış üzvü Məhəmməd Əli Əl-Husi tvitter səhifəsində yazıb.

Əl-Husi BMT Təhlükəsizlik Şurasında Yəməndə atəşkəs müddətinin artırılmaması ilə bağlı verilən bəyanatı tənqid edib.

“Yəməndəki mühasirəni aradan qaldırmaq ekstremizm deyil, neft gəlirlərindən işçilərin maaşlarını ödəmək ekstremizm deyil və bütün istiqamətlərdən Səna hava limanına səyahət edənlərin qadağasını aradan qaldırmaq ekstremizm deyil, əksinə ekstremizm Təhlükəsizlik Şurasının bəyanatıdır”, deyə Əl-Husi əlavə edib.

Qeyd edək ki, BMT TŞ-nın bəyanatında bildirilib ki, “husilər Yəməndə atəşkəsin artırılmaması üçün ekstrimist şərtlər irəli sürürülər.”