Husi: Düşmənlər separatizmlə Yəmən xalqına hakim olmağa çalışırlar

Yəmənin Ənsarullah lideri Seyid Əbdülməlik əl-Husi bazar ertəsi axşam əl-Beyda əyalətinin nümayəndə heyətini qəbul edib. Əl-Məsirə xəbər agentliyi əl-Husinin Səudiyyə-BƏƏ hücum koalisiyasının əl-Beyda vilayətini hədəf aldığını və əhalisinin yaralandığını bildirib.

Seyid Əbdülməlik əl-Husi deyib: “Yəmən xalqı arasında baş tutan görüşlər və danışıqlar Yəmən xalqının qardaşlığı, əməkdaşlıq və uzlaşmanın əsl simasını ortaya qoyur. Biz ictimai sülhü möhkəmləndirmək və münaqişələri həll etmək istəyirik... Biz hökumət və cəmiyyətin xidmətlərin çatdırılması üçün birlikdə işləməsini istəyirik" – deyə Ənsarullah lideri bildirib.

Əl-Husi müstəmləkəçi ingilislərin Yəməndən çıxarılması məsələsinə də toxunub və deyib: "30 noyabr Yəmən tarixində parlaq bir gündür. Bu, Yəmənin İngiltərə müstəmləkəsindən müstəqilliyini əldə etdiyi gündür". Ənsarullah lideri Səudiyyə-BƏƏ təcavüzkar koalisiyasının cinayətlərindən də danışaraq deyib: "Bu koalisiyanın Əl-Hüdeydədəki cinayətləri onların vəhşiliyinə dəlalət edir. Xüsusilə də dölün ana bətnindən çıxarılması və kasıb bir ailəni hədəf almaları..."