Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi

Hüquqi şəxslərin dövlət reyestrinin aparılması qaydalarında dəyişiklik edildi

Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edib.

Bu qərarın indiyədək olan variantına əsasən, dövlət reyestri qurumların təşkili, qeydiyyatı, yenidən təşkili, ləğvetmə prosesində olması, ləğv edilməsi, eləcə də siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması və bərpası barədə məlumatlardan ibarətdir.

Yeni qərarla isə bu məlumatların sırasına məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi barədə də məlumatlar əlavə edilib.