İran prezidenti Həsən Ruhani ABŞ-ı nüvə sazişini pozmaqla təhdid etdi.
Rakurs TV-nin məlumatına görə, Həsən Ruhani televiziyada yayımlanan çıxışında belə deyib:
"ABŞ sanksiyalara davam edərsə, İran bir neçə saat ərzində nüvə razılaşmasından geri çəkilə bilər"
ABŞ-ın daha əvvəl də uğursuz sanksiyalar tətbiq etdiyini deyən Ruhani, bunların daha sonra danışıqlar masasında nəticələndiyi bildirib.
İran parlamenti bir neçə gün əvvəl ABŞ-ın yeni sanksiyalar tətbiq etməsinə cavab olaraq, nüvə proqramına ayrılan xərclərin artırılmasına qərar vermişdi. Parlament nüvə proqaramı üçün 520 milyonluq vəsaitin ayrılması barədə qanun layihəsini təsdiqləmişdi.
Həsən Ruhani ABŞ-ı təhdid etdi