"Həşdi Şabi" konstitusiyaya sadiqdir"

Eastnews.org-un verdiyi xəbərə görə, "Həşdi Şabi" qurumunun rəhbəri Falih əl-Fəyyaz dünən "Həşdi Şabi" liderləri və komandirləri ilə ölkədəki son təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün iclas keçirib.   Görüş əsnasında əl-Fəyyaz "Həşdi Şabi"nin İraqdakı demokratik sistemi qoruyan əsas qüvvə olduğunu və heç kimin qanun çərçivəsindən başqa heç bir yolla ona hücum etməyə haqqının olmadığını söyləyib.   Əl-Fəyyaz bildirib ki, "Həşdi Şabi"nin vəzifəsi təhlükəsizlik qüvvələri ilə birlikdə ölkənin təhlükəsizliyini və sabitliyini qorumaqdır.   "Ölkədə diktatorluğun yaranmasına və ya demokratiyanı sarsıtmasına icazə verməyəcəyik", - deyə əl-Fəyyaz söyləyib.   "Həşdi Şabi" qurumunun rəhbəri əlavə edib ki, "Həşdi Şabi" qüvvələrinin qanun və konstitusiyaya sadiq olduğunu və siyasi müzakirələrə qarışmadığını da sözlərinə əlavə edib.