HRW: İlqar Məmmədovun ardınca digər fəallar və jurnalistlər azadlığa buraxılmalıdır

HRW: İlqar Məmmədovun ardınca digər fəallar və jurnalistlər azadlığa buraxılmalıdır

Müxalifətçi İlqar Məmmədovun həbsdən buraxılması sevindirici haldır. Lakin bu, şərti azadlıqdır və İlqar Məmmədovun azadlıqlarına beynəlxalq normalarla əsassız məhdudiyyətlər qoyulur.

Operativ.tv xəbər verir ki, bu fikri Human Rıghts Watch təşkilatının (HRW) Avropa və Mərkəzi Asiya bölümünün direktor müavini Giorgi Qogia "Amerikanın səsi" radiosunun Azərbaycan xidmətinə müsahibəsində söyləyib.

G.Qogiyanın fikrincə, onun məhkumluğu dərhal üzərindən götürülməlidir və hərəkət etmək, ya da siyasi fəaliyyətinə məhdudiyyət kimi hər hansı bir məhdudiyyət aradan qaldırılmalıdır.

O qeyd edib ki, İlqar Məmmədov qanunsuz həbs edilən yeganə şəxs deyil.

"Azərbaycanda hökumətin tənqidçilərinə qarşı amansız təqiblər nəticəsində onlarla hüquq müdafiəçisi, siyasi fəal və jurnalist həbs edilib. Mehman Hüseynov, Əfqan Muxtarlı və həbsdə olan digər çox sayda insan var. Onlar ya jurnalist, ya da siyasi fəaliyyətinə görə əziyyət çəkirlər",-G.Qogiya vurğulayıb.

HRW hesab edir ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ölkə hakimiyyətini onların dərhal azad edilməsinə çağırmalıdır.

Facebook