Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib - Foto

Hərbi pilot Rəşad Atakişiyev dəfn edilib - Foto

Avqustun 21-də Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib.
 
Bu barədə "Report.az” xəbər verir.
 
Xəbərdə deyilir ki, hərbi pilotun yaşadığı evin həyətində keçirilən vida mərasimində R.Atakişiyevin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.
 
R.Atakişiyevin nəşi II Fəxri xiyabana gətirilib. Hərbi pilot burada torpağa tapşırılıb.
 
Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb. 
 
Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.
 

Facebook