HƏMAS Fələstin kəşfiyyatını İsrailə işləməkdə ittiham edib

Fələstinin HƏMAS hərəkatı "İslami cihad"ın komandiri Bahi Əbu əl-Atanın öldürülməsində Fələstin kəşfiyyatını ittiham edib. Bu barədə Qəzzada yerləşən Fələstin Daxili İşlər Nazirliyindən bildirilib. 

 

Noyabr ayının ortalarında məlumat verilmişdi ki, Bahi Əbu əl-Ata evinə İsrail ordusunun atdığı raket zərbələri ilə öldürülüb.

 

Açıqlamada bildirilir ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bahi Əbu əl-Atanın öldürüldüyü ana qədər onu bir neçə aydır izləyən qrupun üzvləri həbs edilib. Həbs edilənlər Ramallahdakı Fələstin kəşfiyyatının üzvləri olublar və onlara "İslami cihad" komandirini izləmək tapşırığı verilibmiş. Toplanan məlumatların İsrail tərəfinə ötürüldüyü də açıqlamada qeyd edilir.

 

Fələstinin "Fəth" hərəkatı açıqlamanı tamamilə yalan adlandırıb.