Hələbin beynəlxalq hava limanı uzun fasilədən sonra uçuşları bərpa edib

Suriyanın Hələb şəhərində beynəlxalq hava limanı uzun fasilədən sonra yenidən uçuşları bərpa edib.

Operativ.tv bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla xəbər verir.

Bildirilib ki, 4 ay fasilədən sonra Hələb-Beyrut hava reysinin uçuşları bərpa edilib.

Suriyanın Mülki Aviasiya Xidmətinin baş müdiri Basim Mənsurun sözlərinə görə, fasilə, koronavirus pandemiyasına görə yaranmışdı.

Qeyd edək Hələb hava limanı daxili müharibə zamanı 6 il fəaliyyətini dayandırmalı olmuşdu.