Hizbullahın İsrailə xəbərdarlığı: İHA-lar izləyir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, sionist rejim qüvvələri Livan sərhədi yaxınlığındakı Karişə müstəsna iqtisadi zonasına göndərilən 3 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.
Mövzu ilə bağlı Hizbullah Hərəkatından verilən yazılı açıqlamada, “Kariş enerji sahəsində mübahisəli bölgəyə kəşfiyyat və müşahidə missiyaları yerinə yetirmək üçün müxtəlif ölçülərdə 3 pilotsuz uçuş aparatı (PUA) göndərdik” ifadələrindən istifadə edilmişdir.
İHA-nın missiyasının uğurla başa çatdığı qeyd edilən bəyanatda “istənilən mesaj da (sionistlərə) çatıb. Qələbə ancaq Uca Allaha təvəkkül etməklə mümkündür” deyildi.
Hizbullah mübahisəli əraziyə göndərilən PUA-ların hərbi məqsədlər üçün olmadığını bəyan edib.
Keçmiş Livan parlamentarisi Nazia Mansur verdiyi açıqlamada müqavimət pilotsuz təyyarələrinin Kariş adlanan mübahisəli bölgə üzərində uçmasının çox vacib olduğunu bildirib.
Sionist düşmənin müqavimətə aid 3 pilotsuz təyyarənin Kariş bölgəsi üzərində uçduğunu etiraf etdiyini qeyd edən Mansur, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın düşmənin mübahisəli bölgədə enerji çıxarmasının qarşısını alacaqlarını bəyan etdiyini xatırladıb.
Livan Universitetinin siyasi elmlər professoru Sadiq əl-Nəblusi Twitter hesabında bildirib ki, sionistlər müqavimətin psixoloji müharibəsi nəticəsində hər gün ölürlər, pilotsuz təyyarələr onları ağrılı bir reallıqla üz-üzə qoyur və onlara qarşı mübarizədə uğursuzluqlarını göstərir.