Hizbullahdan işğalçılara xəbərdarlıq: Əsla səhv etməyin!

Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Aşura münasibətilə etdiyi çıxışında İranın İslam dünyasının qibləsi və müqavimət oxunun ürəyi olmağa davam edəcəyini bildirib.

 

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Aşura ilə bağlı çıxış edib.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində Nigeriyada Aşura matəm mərasimində şiə müsəlmanlara edilən hücumu pisləyib.

Nəsrullah Livandakı vəziyyətə də toxunaraq, "Livanın dəniz zənginliyinə uzanan əllər Livan torpağına uzanan əllər kimi kəsiləcək", - deyə bildirib.

Nərullah daha sonra sözlərinə belə davam edib:

"Yaxın günlərdə Livanın dəniz sərhədlərinin demarkasiyası ilə bağlı tələblərinə sionist rejimin cavablarını gözləyirik. 

Düşmənə deyirik ki, Livan və Livan xalqı ölkənin təbii sərvətlərinə müdaxiləni qəbul etmir və istənilən ehtimala hazırdır".

Qəzzada baş verən son hadisələrə də toxunan Nəsrullah Fələstin xalqı ilə həmrəy olduqlarını bildirib.

Həsən Nəsrullah işğalçılara müraciət edərək deyib:

"Livanda bizimlə hesabınız fərqlidir. Bugünkü müqavimət hər zamankından daha güclüdür. Livan və xalqı haqqında heç vaxt səhv etməyin".

Seyid Həsən Nəsrullah müqavimət şəhidləri general Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin fədakarlıqlarına da diqqət çəkib:

"İran İslam dünyasının qibləsi və müqavimət oxunun ürəyi olmağa davam edəcək".