"Hizbullah" rəsmisi Beyrut partlayışı ilə bağlı danışdı

Hizbullah baş katibinin müavini bildirib ki, Beyrutdakı partlayışla bağlı istintaq prosesini aparan şəxs bunu açıq şəkildə siyasiləşdirib və indi bu, Livan üçün əsl problemə çevrilib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim deyib: “Livanda 2006-cı ildə İsrailin Livana hücumu, 2017-ci ildə İŞİD və ən-Nusranın təkfirçilik cəhdləri və ya ABŞ-ın Livanı, Hizbullahı məğlub etmək üçün edilən bütün cəhdləri uğursuzluqla nəticələnidi. Hizbullah həmişə səbirli və cəsarətli olub. Bəzən düşmənin etnik və məzhəb çəkişmələri və ya bəzi küçə qarşıdurmaları ilə fitnəni qızışdırmağa çalışmalarına baxmayaraq Hizbullah səbirlə bütün bunlara qalib gəlib.

Qarşıdurmanın qızışdırılması üçün son cəhd Livan Qüvvələr Partiyası tərəfindən Tayuna hadisəsinin başlanması səbəb olub və bu hadisədə snayperlər Livan limanında partlayışla bağlı işi araşdıran hakim Tariq əl-Bitarın hərəkətlərinə dinc etiraz edən insanlara atəş açıblar.

Biz bu qarşıdurmada uğur qazandıq, çünki səbr və uzaqgörənliklə qarşıdurmanı alovlanmadan söndürdük. Əlbəttə ki, araşdırmalar aparılaraq bu məsələni törədənlərin cəzasını alacaqlarını gözləyir və izləyirik.

Təəssüf ki, Livan Qüvvələr Partiyası və onlar kimi səfirliklər üçün çalışanlara xalqın əziyyəti, iqtisadiyyatın çöküşü, hərbi və məişət problemləri önəmli deyil; Onlar üçün fərqi yoxdur ki, yollar bağlansın, dükanlar yansın, çünki ürəkləri və sosial hissləri yoxdur, insanların mənafeyini deyil, yalnız öz maraqlarını düşünürlər. Biz səbir edirik və səbir etdikdən sonra Allahın izni ilə qələbə bizim olacağına əminik.

Bu gün hakim əl-Bitar Livanda əsl problemə çevrilib. Biz Beyrut Limanında baş verənlərlə bağlı məhkəmə müstəntiqindən xahiş etdik ki, sübutlara əsaslanaraq ədalət təmin olunsun və heç kəs ədalətdən qaça bilməsin. Əl-Bitar məhkəmə-tibbi araşdırma prosesini açıq şəkildə siyasiləşdirdi və son eşitdiyimiz o oldu ki, qurbanların ailələrindən bəziləri onun fəaliyyətindən şübhələnməyə başladılar. Sonunda Tayuna və bölgədə böyük bir qiyam başlamağa hazırlaşıldı. Buna görə də məhkəmə eksperti Tarik əl-Bitar bizə problemlər və fəlakətlər gətirdiyi aydındır və onun ədaləti təmin edəcəyinə ümid yoxdur. Yaxşı olar ki, əl-Bitar gedib vəziyyəti sakitləşdirsin və xalqa həqiqəti bildirməklə ədaləti təmin etsin”

Hizbullah Livan seçkilərini səbirsizliklə gözləyir ki, xalq öz nümayəndələrini seçsin. '

Hizbullah və Əməl hərəkatının tərəfdarları Beyrut limanındakı partlayışa cavabdeh olan hakim Tariq Bitarın səlahiyyətlərindən sui-istifadə etməsinə etiraz etmək üçün ötən cümə axşamı küçələrə çıxaraq dinc yürüş keçiriblər, lakin naməlum şəxslər tərəfindən atəşə tutulublar. Livan təhlükəsizlik qüvvələri indiyədək hadisə ilə bağlı 17-si Livan və 2-si Suriya vətəndaşı olmaqla 19 nəfəri həbs edib. Atışma nəticəsində 7 nəfər şəhid olub, 60 nəfər yaralanıb.

Bitarın Beyrut limanında partlayış hadisəsi ilə bağlı son iddialardan sonra Livanlı iki millət vəkili Əli Həsən Xəlil və Qazi Zaterin vəkilləri vaitəsi ilə Bitarın bu istintaqdan uzaqlaşdırılması üçün ikinci dəfə tələb irəli sürdülər, lakin bu tələb rədd edilib.