"Hizbullah" rəsmisi ABŞ nümayəndələrinin Livana səfərini tənqid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının siyasi bürosunun üzvü Seyid Haşim Safiyuddin ABŞ Konqres üzvlərinin Livana səfirini şərh edib.   O, verdiyi açıqlamada vurğulayıb ki, ABŞ heç bir zaman Livandakı problemlərin həllində maraqlı olmayıb.   "Bölgədəki ABŞ-ın tarixi müttəfiqləri bu gün rəsmi Vaşinqtonun necə güvənsiz olmasından danışırlar. Bu gün ABŞ-a inanmaq və güvənmək ağılsızlıq olar", - deyə Seyid Haşim Safiyuddin diqqətə çatdırıb.   "Hizbullah" rəsmisi qeyd edib ki, Livan xalqı inancı və təcrübəsi ilə iqtisadi böhranların öhdəsindən gələcək.