Hizbullah: Biz Fələstin Müqaviməti və Xalqının yanındayıq

Operativ.tv Rasthaber -ə istiadən xəbər verir ki, Hizbullah Hərəkatı İsrailin Qəzza zolağına endirdiyi hava zərbələrinə reaksiya verib. Hizbullah Hərəkatı yazılı açıqlamada İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində şəhid olan müqavimət komandiri Təysir Cəbərinin şəhadəti ilə bağlı başsağlığı verib. O, Fələstin müqavimət qruplarının ortaq mövqeyini vurğulayaraq birlik və həmrəyliyin düşmən üzərində qələbə qazanmağın  əsas amillərindən olduğunu bildirib. Hizbullah Fələstinə dəstəyini təkrarlayaraq “Biz Fələstin torpaqlarının, məhbusların azad edilməsi və qanuni məqsədlərinin həyata keçirilməsi üçün günahsız Fələstin xalqının yanında olacağıq. Biz İslami Cihad komandirlərinin sionist rejimin hücum və qətllərinə qarşı atdığı bütün addımları dəstəkləyirik”-ifadəsindən istifadə edib.

Xatırladaq ki, İsrail qüvvələrinin dünən Qəzza zolağının müxtəlif nöqtələrinə qarşı həyata keçirdiyi hücumlarda şəhid sayının 10, yaralı sayının isə 55 olduğu açıqlanıb. Şəhidlərdən birinin 5 yaşlı qız, birinin isə İslami Cihadın hərbi qanadı olan Qüds Briqadalarının komandirlərindən Təysir Cəbəri olduğu bildirilib.