Hindistanda kütləvi etirazlar: İnternet kəsilib, universitetlər bağlanıb

Hindistanın paytaxtı Yeni Dehlidə baş verən iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 60 nəfər yaralanıb.

 

Bu barədə "Time İndia" yazıb. 

 

Məlumatda bildirilir ki, iğtişaşlara əsl səbəbkarlar "Jamia Millia Islamia" Universitetinin tələbələri olub. Son üç gündə burada dinc numayişlər keçirilsə də nəticədə polislə qarşıdurmaya gətirib çıxarıb. 

 

Həmçinin məlumatda qeyd eidlir ki, iğtişaşlar zamanı 4 avtobus və 2 polis maşini yandırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları öz növbəsində çubuqlar və gözyaşardıcı qazdan istifadə edib. 

 

Qeyd edək ki, internet kəsilib, universitetlər bağlanıb.