Hindistan Məhkəməsi Məhəmməd peyğəmbəri (s) təhqir edən hakim partiyanın sabiq mətbuat katibini üzr istəməyə çağırıb

Hindistanın Ali Məhkəməsi "Bharatiya Janata" Partiyasının keçmiş sözçüsü Nupur Şarmadan Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz ifadələrinə və sözlərinin ölkədə gərginliyə səbəb olduğuna görə, televiziyaya çıxmasını və üzr istəməsini istəyib.

Operativ.tv SalamNews -a istinadən məlumat verir ki,, Hindistanın Ali Məhkəməsi Nupur Şarmanı sərt tənqid edərək bildirib ki, "onun Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr ölkədə gərginliyi alovlandırıb".

BBC, məhkəmənin hakimlərindən sitat gətirib və bildirib ki, o, televiziyaya çıxıb bütün ölkədən üzr istəməlidir.

Məhəmməd peyğəmbər və onun həyat yoldaşlarını təhqir edən ifadələr partiyanın sözçüsü Nupur Şarma tərəfindən televiziya debatında səsləndirilib və bu ifadələr İslam dünyasında sosial media və saytlarda qəzəbli reaksiya ilə qarşılanıb.

Bu bəyanatlar fonunda Hindistan təhqiramiz bəyanatları pisləyən etirazların şahidi oldu, lakin etirazlar Hindistan hakimiyyəti tərəfindən zorakı reaksiya ilə qarşılandı.