Hindistan hakimiyyəti rohinca qaçqınlarını deportasiya etmək niyyətindədir

Yeni Dehlidəki rohinca qaçqınları təcridxanada qalacaq, sonra isə deportasiya ediləcəklər. 

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Hindistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 

"Qeyri-qanuni rohinca qaçqınlar mərkəzdə qalacaqlar, çünki hakimiyyət onları deportasiya etmək üçün tədbirlər görür. Qaçqınlar qanunla müəyyən edilmiş qaydada deportasiya olunana qədər istintaq təcridxanasında saxlanılmalıdırlar", detə məlumatda deyilir. 

Bu elan Myanmadan gələn müsəlman qaçqınlara sığınacaq və təhlükəsizlik vəd edən əvvəlki bəyanatla ziddiyyət təşkil edir. 

Çərşənbə günü Hindistanın Mənzil və Şəhər İşləri üzrə Federal Naziri Hardip Singh Puri bildirib ki, rohinca qaçqınları Dehlinin qərbində mənzil və 24 saat polis mühafizəsi ilə təmin olunacaq. Bu ilin əvvəlinə olan məlumata görə, Dehlidə 1100-ə yaxın, Hindistanın başqa yerlərində isə 17 min rohinca yaşayır. Qaçqınların çoxu işləyir.

On il əvvəl Hindistana köçən bu qaçıqnların hüquq müdafiəçisi Əli Cohar bildirib ki, bu il təxminən 2000 rohinca qaçqını deportasiya qorxusu ilə Banqladeşə gedib.