Heydər Əliyev prospektində yük maşını aşıb, sıxlıq yaranıb - FOTO

Bakının Nərimanov rayonu Heydər Əliyev prospektində, Yusif Səfərov küçəsi istiqamətində yol qəzası baş verib.

 

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, Heydər Əliyev mərkəzi yaxınlığında körpünün altında yük maşını aşıb.

 

Hazırda şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunur.