Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunur

Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda qəzaya uğraması nəticəsində həlak olanların cənazəsi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına gətirilib.

APA-nın xəbərinə görə, qəzada həlak olan hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX rəisi, general-polkovnik Elçin Quliyev, Müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edir.