Həcc ziyarətinin qiyməti rekord- 5 350 ABŞ dolları müəyyən olundu

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, Həcc ziyarətinin qiyməti 5 350 ABŞ dolları müəyyən olunub:

Ziyarət səfərinin iyunun 24-dən iyulun 20-nə qədər həyata keçirilməsi planlaşdırılır. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

Mayın 25-dən Həcc ziyarətinə gedən şəxslər üçün sənəd qəbuluna başlanılır.