Eastnews.org-un xəbərinə görə, Səudiyyə Ərəbistanında həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlara gələn 31 nəfərin dünyasını dəyişdiyi bildirilib.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın verdiyi xəbərə əsasən, Baş Pasport İdarəsindən, həcc vacibatını yerinə yetirmək üçün ölkə xaricindən gələn 31 nəfərin dünyasını dəyişdiyi açıqlanıb.
Xəbərdə, hacıların ölüm səbəblərinə dair məlumat verilməyib. İdarədən verilən açıqlamada qeyd olunub ki, bu il həcc vacibatını yerinə yetirmək üçün gələnlərdən təxminən 614 mini təyyarədən, 8 mini avtobus və avtomobil, 487 nəfəri isə dəniz yolundan istifadə edib.
Qeyd edək ki, keçən il təxminən 1,9 milyon insan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına səfər etmişdi.
Həcc ziyarətinə gedən 31 nəfər Məkkədə həyatını itirdi