Həbsxanada olan siyasi məhbuslar ordumuza dəstək oldu

1 saylı Cəza Çəkmə Müəsisəsində olan Ağaəli Yəhyayev, Abbas Tağızadə, Mübariz İbrahimov, Bəhruz Əsgərov və sairləri Azərbaycan ordusuna dəstək olublar.

 

Bu barədə məhbuslar məktub ünvanlayıblar.

Operativ.tv məktubu olduğu kimi təqdim edir: "Qürur yerimiz, şanlı Azərbaycan əsgəri! Sizin göstərdiyiniz rəşadəti sözlə ifadə etmək çox çətindir. Bunun üçün hər bir Azərbaycan vətədaşı kimi biz də, 1 saylıı Cəza Çəkmə Müəssisəsinin siyasi məhbusları sizə minnətdarıq. Bu gün bu dəmir qəfəs sizin yanınınızda cismən olmaqğa maneə olsa da, qəlbən, ruhən bizlərin hər biri sizinlə birlikdəyik. İnşallah yarana biləcək ilkin fürsətdə sıralarınıza qoşulacağımıza ümid edirik. Hazırda gücümüz sizlərə dua etmək, Allahdan ordumuza yardımçı olmağı diləməyə çatır. Dualarımız sizinlədir şanlı Azərbaycan əsgəri. Uğurlarımız bol olsun!"