Həbib Nurmaqomedov karyerasının ən güclü rəqibinin adını açıqladı

UFC qarışıq döyüş sənətləri liqasının Rusiyalı çempionu Həbib Nurmaqomedov aprelin 18-də titulunu Toni Ferqusona qarşı müdafiə edəcək daha bir döyüş keçirəcək. Nurmaqomedov amerikalıları karyerasında ən güclü rəqib adlandırıb.

 

"TMZ.com" Nurmaqomedovdan sitat gətirərək, "Ferquson mənim ən güclü rəqibimdir", - deyib: "Buna görə də indi belə inanılmaz bir motivasiya hiss edirəm. İrsim üçün sərt rəqibləri məğlub etməliyəm. Saxta olmayan, əsl rəqib kimi görünən hər kəsi məğlub etməliyəm.”

 

Nurmaqomedov indiyə kimi Barbosa, Dos Aqnos, Konor, Pore, Yakvinta kimi idmançılarıa yarışdığını deyib: "Demək olar ki, onların hamıısına hörmət edirəm. Ancaq onlar Toni Ferquson kimi güclü deyillər."