Dünyanın sinəsində çırpınan zəlzələ həyəcanının davam etdiyi belə gərgin bir durumda yaranan zəruri vəziyyət bir hərəkat olaraq məkrli planın ifşasını özünə vəzifə borcu bilir. Ölümün bizə bu qədər yaxın olduğunu qəlb yanğısı ilə yaşadığımız halda, hakimiyyətin mövcud hadisələrdən ibrət almadan inanclıları həbs, onları saxta ittihamlarla müttəhim etməsi həqiqətən də təəccüb və təəssüf doğurur. Dahada qəribəlik yaradan hal isə bütün bu saxta addımlarına həqiqət donu geydirən silsiləvi ssenarinin oynanılmasıdır. Məhz bu yalançı məzhəkəyə yönəli etirazımız bu gün Müsəlman Birliyi Hərəkatı üzvüləri ilə hazirlanan yalançı oyunun rədd edilməsi xəbərdarlığı olaraq səslənir.
2015-ci ildə Nardaranda hakimiyyət sərişdəsiz həbs planında başlatdığı qanlı cinayətin nəticələrini qaldırdıqları toz duman yatdıqdan sonra aydın seyr etməyə başladı. Onlar bütün bu cinayətin yaratdığı dərin böhranın məsuliyyətini qarşı tərəfin üzərinə qoymaq üçün müxtəlif addımlara əl atdı. Bunların içində təsdiqlənmək üçün ən aldadıcı manevr güya Tale Bağırzadəyə aid olan braşur idi. İstintaq işlərinə sübut kimi daxil edən braşur əsasən qisas xarakterli bir mövzunu özündə ehtiva edirdi. Ancaq saxtakarlıq sahibləri tələskənlik və məntiqsizlik qurbanı olaraq braşuru bütünlükdə öz əleyhilərinə olan sənədə çevirdilər. Braşurda güya Tale Bağırzadə hər bir inanclıya çağırış edərək Nardaran hadisəsi və burada öldürülənlərin, həbs olunanların qisasını almaq kimi məsələdən söhbət açırdı. Üzrü qəbahətindən betər olan braşur sahibləri özləri də bilmədən öz yalanlarının ifşasına elə bu sənədlə də nöqtə qoydular. Onlar unutmuşdular ki, özlərinin yazdıqları və hadisədən sonra dəlil kimi məhkəməyə təqdim etdikləri bu kağız parçası Tale Bağırzadənin hadisə baş verməzdən qabaq bu hadisəni bilməsi və qısasın tələb etməsini mümkünsüz edirdi. Hakimiyyətin ilk saxtakarlığı elə birinci məhkəmə iclasında aşkarlanan Nardaran işində sonrakı dəlillər də bundan fərqli olmadı.
Son dövrlərin həbsi də eyni sərişdəsizliyin məntiqsiz təzahürüdür. Artıq 2023-cü ilin gəlişi ilə həbs olunan Müsəlman Birliyi Hərəkatının üzvlərinin evlərində polisin gerçəkləşdirdiyi axtarışlarda eyni aqibəti yaşayır. Hərəkatın inanclı gənclərinin narkotik ittihamı ilə həbsə çəkmək bu işin saxtakarlıq göstəricisidir. Bir də, artıq ölkədə bu adda ittihamın az qala hər bir cəmiyyətdə geniş yayılmış polisin sifarişli həbsinə acı təbəssüm yaratmaya bilmir. Bu ərəfədə polis bir az da irəli gedərək İranla gərginləşən nifrət fonunda öz saxta əməllərini xalqda yaratdığı İrana qarşı nifrətin arxasında gizlədərək evlərə özləri ilə gətirdikləri İranın Ali Dini lideri və Qasim Süleymaninin şəkillərini qoymaq, qara bayraqlarda İmam adlarını İran sözləri olaraq təqdimatla aldadıcı manevr etməyə çalışması müşahidə olunur. Bununla da onlar qorxu mühiti yaratmaq üçün səfərbər olan və islamafob davranışlarına siyasi ittiham rəngi verməklə xalqı aldatmağa çalışırlar. Əlbəttə, bu addım hansısa serial bir yalan üçün maraqlı videogörüntü rolunu da oynaya bilməsi istisna olunmur.
Öncədən MBH-nın tam müstəqil hərəkat olaraq hansısa bir ölkə ilə əlaqəsinin olmamasi ilə bağlı illərin hakimiyyət cəhdlərinə toxunaq ki, həmişə bu cəhd nəticəsiz qalıb və qalacaqda. İkincisi artıq həbs olunan hansı ağıl sahibi zatən həbs amilinə çevrilən belə şəkilləri evində saxlayar ki, bir halda axtarışın onun evində olacağına əmindir. Əlbəttə ki, bunu yalnız hadisədən qabaq braşur hazırlayıb “uzaqgörən” bir insan obrazı yaradan sərişdəsiz hakmiyyət düşünə bilər.
Hakimiyyətin növbəti saxta ssenari cəhdi