Hadisələrin statistikası yayılıb

Bu il respublika ərazisində 13231 təbii və texnogen mənşəli hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin 2021-ci ilin 9 ayı ərzində bağlı statistik məlumatlarında qeyd edilib. Bildirilib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 398 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 36 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən isə 36 nəfər xilas edilib, 496 nəfər təxliyə olunub.

Eyni halda ölkəmizdə bu il 57 partlayış hadisəsi baş verib ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 6 hadisə və ya 13% çoxdur. Partlayışlar zamanı 9 nəfər həlak olub, 54 nəfər xəsarət alıb və 7 nəfər xilas edilib.