Hacı Ramil Bədəlov: “İlahi eşqin zirvəsi razılıq məqamıdır”

İlahiyyatçı Hacı Ramil Bədəlov növbəti cümə xütbəsini Bakının Sabunçu məscidində oxuyub. "İlahi Məhəbbət" mövzusunda silsilə çıxışlar edən ilahiyyatçı bu həftə də mövzunu davam etdirib. Ötən söhbətin davamı olaraq ilahiyyatçı, növbəti mərhələ olaraq İlahi məhəbbətin insanda xof-qorxu yaratdığına diqqət çəkib. Bu xofun insanın varlığını qoruyan, onu paklayan bir həssaslığı özündə ehtiva etdiyini bildirən Hacı Ramil, bu xofun əhəmiyyətini belə bildirib: “İnsan ona əzizi olan varlıqların diqqət, sevgi və dəyərlərinə verdiyi əhəmiyyət baxımından öz hərəkətlərini daima diqqət mərkəzində saxlayır ki, səhvə yol verməklə onları itirməsin. Bu itirmə qorxusu həmən o xof olaraq İlahi məhəbbət yarandıqca insanın onu itirmə təhlükəsi arasında çox diqqqətli olur. Xofun sərhədləri gələcəyin davamlılığı baxımındandır. İnsan Rəbbi ilə qurduğu əlaqələrin hansısa yanlışlıq üzündən davamlı ola bilməməsi xofu ilə hər zaman diqqətlidir. Şübhəsiz, xofun da hədislərə əsasən sərhəddi vardır. İnsanı məyus həddinə qədər gətirib çıxarmayan xof dinə görə məqbuldur. Məyusluq heç şübhəsiz ki, şeytandandır. Ona görə hədislər xofun yanında ümidi zəruri bilirlər ki, insan məyusluğun girdabına düşməsin. Xof arxayınlıq və ümidsizlik arasında olan dəyərli halət olaraq İlahi məhəbbət yaradır.

Bu hal arxasınca insanda Allahdan razı olma hissini formalaşdırır. Allahdan razılıq hər halı ilə Allahı tam qüdrət, elm və rəhmət sahibi bilməklə mümkün olur. Əgər Allah tamlardan ucadırsa onun verməsi rəhmət, əksi isə hikmətdir. Allahdan razı bəndə bunun üçün ondan gələn hər bir gözəlliyi sevə-sevə qəbul edir. Allahdan razılıq özü də iki hissədən ibarətdir, onlardan birincisi Allahın bəndədən razılığı, digəri isə bəndənin Allahdan razılığıdır. Allahın bəndədən razılığı bəndənin ona buyuruqlarına itaəti və qadağalarından çətinməsi ilə mümkündür. Bəndənin razılığı isə Allahın onun üçün təqdir etdiyi hər şeyə razılıq göstərməsidir.” İlahi məhəbbət mövzusu silsiləsini bitirən ilahiyyatçı sonunda dualar etdi.