Hacı Ramil Bədəlov: “Böyük hədəflər əməllərin ölümsüzlük amilidir”

Silsilə cümə xütbələrini davam etdirən ilahiyyatçı Hacı Ramil Bədəlov bu həftə də “Əməlin insan taleyində rolu” mövzusunda söhbətini davam etdirib. İlahiyyatçı mövzu ilə bağlı deyib: “İnsanın əməlinin özündən sonra yaşaması onun hədəfinin nə dərəcədə ali olmasına bağlıdır. Əgər hədəf ali, böyük olarsa bu hədəf istiqamətində atlan addımların da dairəsi genişlənəcək və bu qısa bir ömürlə məhdudlaşmayacaq. Bunu biz Peyğəmbərlər başda olmaqla bir çox hədəfləri müəyyən olunmuş insanların simasında görə bilərik. Onlar dünyadan köçsələr də, hədəflərinin aliliyi bu günə qədər davam edən əməllərini insanlığa irs qoyur. İnsan rəngarəng istəklərin həyatına gətirdiyi əməllərin pərakəndəliyi ilə bəzən bir ömür yaşayacaq əməldən kənar çıxa bilmir. Lakin o hədəfi müəyyən edərsə, müxtəlif qarışıqlıqlara vaxt və fikirlərini sərf etmədən bütünlükdə hədəfi üçün çalışacaq. Bu isə bütün enerjinin bir ünvana yönəlməklə əməlin dairəsini genişəndirmiş olacaq ki, bu da bir ömür deyil, illər, əsirləri aşacaq yaşayan əməllərin yaranması deməkdir.

Əlbəttə buna qorxu kimi mane olan amillər də var. İnsan həmişə böyük hədəfləri ələ gətirməkdə özündə inamsızlıq və qorxu yaşayır. Hədəf ona çox böyük görünür və ona çata bilməmək qorxusu insanı ruhdan salır. Hədəfin müəyyən olunması kimi qorxusuna qalib gələn insan özündən sonra ölümsüzləşən əməllərə imza atan şəxsə çevriməsi qaçılmazdır”