Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,2 bal gücündə zəlzələ baş verib.
 
Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
 
Yerli vaxtla saat 03:46-da qeydə alınan yeraltı təkanların episentri Tbilisidən 86 km qərbdə, ocağı isə 1 km dərinlikdə yerləşib.
 
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.