Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı: 227 nəfər

Gürcüstanda koronavirus diaqnozu qoyulan şəxslərin sayı 227 nəfərə çatıb.
 
Operativ.tv xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
 
Bu günə qədər COVID-19 infeksiyasına yoluxanların 52-si sağalıb, 3-ü isə ölüb.
 
Karantində 4 829, stasionar nəzarətdə isə 410 nəfər saxlanılır.