Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 yoluxma halı qeydə alınıb.
 
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 
 
Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 895 nəfərə çatıb.
 
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 2855 nəfər karantində saxlanılır, 264 nəfər isə stasionar şəraitdə müalicə olunur.
 
Xəstəliyə yoluxanlardan 741 nəfər sağalıb, 14 nəfər isə vəfat edib.