Gürcüstanda hökumətə qarşı etirazlar baş tutub

Gürcüstanın paytaxtı Tbilisidə küçələrə çıxan nümayişçilər hökuməti dünən Avropa İttifaqının respublikaya namizəd ölkə statusu verməməkdə günahlandırıb və baş nazir İrakli Qaribaşvilini istefaya çağırıb.

Paytaxt Tbilisidə parlament qarşısında keçirilən nümayişdə ictimaiyyət Aİ sammitində Gürcüstana “namizəd ölkə” statusunun verilməməsinə reaksiya verib.

Nümayişçilər hökuməti namizəd ölkə statusu almaq üçün lazımi addımları atmamaqda ittiham ediblər.

Gürcüstanın Aİ-yə üzvlük prosesini dəstəkləyən fəallar bu “uğursuzluğa” görə hökumətin məsuliyyət daşıdığını bildiriblər.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, etirazçılar baş nazir İrakli Qaribaşvilini istefaya çağırıblar.