Gözləri görməyən Xədicə Quranı tam əzbərlədi

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, 67 yaşlı gözləri görməyən müsəlman xanım Quran hafizi olub.

Türkiyənin Burdur şəhərindən olan Xədicə Can yaşının yuxarı olmasına baxmayaraq, müqəddəs Qurani-Kərimi tam şəkildə əzbərləyə bilib.

Adıçəkilən şəhərin din işləri idarəsi imtahandan uğurla keçən Xədicə xanıma sertifikat verib.

Qeyd edilib ki, o, bu mübarək işi ömrünün 13 ilini sərf edib.

Xədicə Can görmə qabiliyyətini uşaq vaxtı keçirdiyi xəstəlik səbəbi ilə itirib. Gənc yaşlarında Qurani-Kərim tilavətini eşitdikdə onda müqəddəs kitabı əzbərləməkə arzusu yaranıb.

Mən 2002-ci ildə hafizliyi öyrənməyə başladım. Mən təhsil alarkən anam, atam və qardaşım vəfat etdi. Qardaşım mənə onların vəfatı barədə məlumat vermədi ki, mən təhsil prosesim yarımçıq qalmasın. Buna görə də mən öz valideynlərimin dəfnində iştirak edə bilmədim“, – deyə o bildirib.

Onun sözlərinə görə, görmə qabiliyyətinin olmaması heç vaxt onu məyus etməyib.

Qurana olan sevgim mənə bütün əngəlləri dəf etməyə kömək etdi. Quranın nuru mənim gözlərimə çevrildi“, – deyə o qeyd edib.