Görəsən Peyğəmbərin (s) Qədir Xum günündə etdiyi “Əliyə kömək edənə Sən də kömək et” duası qəbul oldumu? ( 2-ci hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə

 

2-ci hissə

 

İbn Teymiyyənin Quran və sünnənin məfhumlarını dərk etməkdə cəhaləti

İbn Teymiyyə və onunla həmfikir olanların meyarı ilə İslami dəyərlər və Quran elmlərinə yanaşma tərzində Allah Rəsulunun (s) məlum duasının qəbul olmamasını iddia etmələri təəccüblü görünmür. Çünki İbn Teymiyyə və təməlini qoyduğu məktəbin davamçılarının bu düşüncələri ilə Quranın və sünnənin meyarları arasında əsaslı ziddiyyətlər mövcuddur. Onların baxışı acısında Allahın nüsrət əta etdiyi şəxslər döyüş meydanlarında rəqiblərinə qarşı zahiri qələbə əldə edənlərdir. Ordu, silah və qol gücü ilə qalib adı alanlar Allahın köməyi ilə müvəffəq olurlar. Bu isə bir daha İbn Teymiyyə kimilərin düşüncələri ilə Quranın və sünnənin dərki arasında cəhalətdən doğan uçurumun bir nişanəsidir. “Nüsrət” və “Xizlan” ifadələrinin Quranın məntiqindəki həqiqi mənasını dərk etmədən, yalnız leksik mənasına isnad edənlər zahirdə görünən qələbələri cəmiyyətə zor tətbiq edənlərə, zülm, sitəm və məsum insanları öldürənlərə aid edirlər. Bu üzdən İbn Teymiyyə məktəbində Müaviyə döyüşlərdə zahiri qələbə əldə etdikləri üçün meydanların qalibi adını alarkən, Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalib (ə) və tərəfdarları məğlub kimi göstərilirlər. “Nüsrət” və “Xizlan” ifadələrinin bu şəkildə təfsiri yalnız İmam Əli (ə) və Muaviyə arasında yaşananlara aid edilməmişdir. Belə ki, bu batil düşüncə İmam Hüseyn (ə) və Yezid arasında baş verənlərdə İmam Hüseyni (ə) “Cəddinin qılıncı ilə öldürülmüş” (yəni Yezid güya Peyğəmbərin (s) canişini olduğu üçün onun qılıncı da onun əlindədir.) kimi dəyərləndirlir. Nümunə üçün Şəhabəddin Alusinin “Ruhul-məani” təfsirində yazdıqları ilə tanış olaq:

وأبو بكر بن العربي المالكي عليه من الله تعالى ما يستحق أعظم الفرية فزعم أن الحسين قتل بسيف جده صلى الله تعالى عليه وسلم وله من الجهلة موافقون على ذلك .

قال ابن الجوزي عليه الرحمة في كتابه السر المصون: من الأعتقادات العامة التي غلبت على جماعة منتسبين إلى السنة أن يقولوا : إن يزيد كان على الصواب وأن الحسين رضي الله تعالى عنه أخطأ في الخروج عليه .

 

Əbu Bəkr ibn Ərəbi Maliki Hüseynə (ə) çox böyük töhmət vurub. Bəzi nadanlar da bu töhmətdə onunla həmfikir olaraq deyiblər: “Hüseyn (ə) öz cəddinin qılıncı ilə öldürüldü”

Sonra isə davamında yazır:

قال ابن الجوزي عليه الرحمة في كتابه السر المصون: من الأعتقادات العامة التي غلبت على جماعة منتسبين إلى السنة أن يقولوا : إن يزيد كان على الصواب وأن الحسين رضي الله تعالى عنه أخطأ في الخروج عليه .

الآلوسي البغدادي ، العلامة أبي الفضل شهاب الدين السيد محمود (متوفاي1270هـ) ، روح المعاني في تفسير القرآن العظيم والسبع المثاني ، ج 26 ، ص 73 ،  ناشر : دار إحياء التراث العربي – بيروت .

İbn Cövzi “əs-Sirrul-məsun” kitabında deyir: Bəzi əhli sünnə alimləri arasında etiqadi məsələ həddinə çatan şayiələrdən biri də onların dediyi bu sözdür: “Yezidin əməli və hərəkəti Hüseyn (ə) qarşısında düzgün və səhih idi. Hüseyn (ə) qiyamı ilə Yəzidə qarşı səhv etdi.

Alusi Bağdadi, Ruhul məani, c. 26, s. 73, Naşir: Dar ihya ət-turas əl-ərəbi, Beyrut

Həqiqətlərə pərdə çəkən və dinin təməl məqsədləri ilə ziddiyyət təşkil edən bu məntiqin əsil mənşəyi Bəni Üməyyədən qaynaqlanır. Əməvi zehniyyətindən qaynaqlanan  “hakim yer üzündə Allahın kölgəsidir” məntiqini ikinci dəfə yaşadan İbn Teymiyyə idi. O, bu düşüncəsini müsəlman xalqına guya İslamın əsil meyarı kimi göstərməyə çalışmışdır. Halbuki, əməvilər bu saxta meyardan zülmlə idarə etdikləri hakimiyyəti uzun müddət yaşatması üçün istifadə ediblər. Səltənətlərinin ömrü uzandıqca, guya bu işdə Allahın nüsrəti və köməyinin olduğu iddiasını ediblər.

Lakin bu məntiq heç bir İlahi vədə və istəkləri  ilə uyğun deyildir. Belə bir düşüncə  tərzi İslamın üsuluna və siyasi dövlətçilik meyarına ziddir. Əsil həqiqət isə budur ki, bu məntiq dinin məntiq və təfəkkürü baxımından batildir.

Çünki peyğəmbərlərin əksəriyyəti öz düşmənləri qarşısında zahiri məğlubiyyət yaşamamalarına baxmayaraq, Allah Təala nüsrət və köməyi başda peyğəmbərlər olmaqla ilahi şəxsiyyətlərə, xizlan və xar olmanı isə onların düşmənlərinə aid edib. Onların arasında özlərinin və dostlarının canlarını fəda edənlər də olsa belə, Allah onları həqiqi qalib adlandırmışdır.

Allah Təala peyğəmbərlərinə əta etdiyi öz nüsrəti haqqında buyurur:

 

إِنَّا لَنَنْصُرُ رُسُلَنا وَ الَّذينَ آمَنُوا فِي الْحَياةِ الدُّنْيا وَ يَوْمَ يَقُومُ الْأَشْهاد . غافر / 51 .

 

Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə) və şahidlərin ayağa qalxdıqları gündə (Qiyamətdə) kömək edərik.

(Ğafir surəsi, 51)

Allah Təala digər bir ayədə isə İslamın əziz Peyğəmbərini (s) və onun dostlarını zəif hesab edən kafirlərə həqiqətdə kimin güclü və kimin zəif olduğunu anlamadıqları haqqında buyurur:

 

حَتىَّ إِذَا رَأَوْاْ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَ أَقَلُّ عَدَدًا . الجن / 24 .

Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.

(Cin surəsi, 24)

Qureyşli kafilrlər Ühüd döyüşündə müsəlmanlar üzərində zahiri qalibiyyət əldə etmələrinə baxmayaraq, Quranın məntiqi Qureyşi həqiqətdə məğlub elan edərək, onlara cəhənnəm əzabını vədə vermişdir:

 

قُلْ لِلَّذينَ كَفَرُوا سَتُغْلَبُونَ وَ تُحْشَرُونَ إِلى‏ جَهَنَّمَ وَ بِئْسَ الْمِهادُ . آل عمران / 12 .

Kafirlərə de: Tezliklə (İslama) məğlub olacaqsınız və (axirətdə özünüzün pərakəndə qəbirlərinizdən) Cəhənnəmə doğru toplanacaqsınız.” Ora qalmaq üçün çox pis yerdir.

(Ali-İmran surəsi, 12)

Əgər biz sadəcə Uhud döyüşünə Bəni Uməyyə və İbn Teymiyyə məntiqi ilə baxsaq,  Allah Rəsulunu (s) məğlub və qureyşli kafiləri isə meydanın qalibləri və Allah tərəfindən nüsrət əta edilmişlər hesab etməliyik. Çünki zahiri qələbə qazananlar da məhz onlardır. Lakin Quranın məntiqi bunun tam əksi olaraq,  əbu süfyanları məğlub, Allah Rəsulunu (s) isə Ühüdün əsil qalibi elan etmişdir.

Qələbə və məğlubiyyət haqqında Quranın meyarı məlumdur. Peyğəmbərlər və onların ardıcılları zahiri məğlubiyyət yaşasalar belə, qalib hesab olunur. Onlara qarşı zahiri qələbə əldə edən küfr qoşunu isə həmişə məğlub olan tərəfdir.

Odur ki, İmam Hüseyn ibn Əli (ə) öz qanı ilə Yezidə qalib gəldi. Baxmayaraq ki, Bəni Üməyyə və İbn Teymiyyənin meyarı ilə onlar Yezidə məğlub olaraq öz canlarından keçdilər. Lakin o Həzrətin (ə) inqilabının əbədiləşməsi və öz məramını dünyanın bütün azadlıq sevərlərinə Qiyamətə qədər çatdırması onun əsil qalib olduğundan xəbər verir.

Elə bu məntiqə əsasən, Allah Təala Adəm (ə) oğlu Habili önə çəkərək onu digərlərinə nümunə və ülgü göstərir, lakin onu öldürən və zahirdə qalib olan Qabilin məğlubiyyətindən və zərər düçar olduğundan danışır:

فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخاسِرين‏ . المائده / 30 .

Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.

(Maidə surəsi, 30)

Gördüyünüz kimi Qabilin öz qardaşı Habil üzərində fiziki və zahiri qələbəsi Quranın baxışında məğlubiyyət hesab edilir. Habil isə zahiri məğlubiyyəti ilə belə, qalibdir.

Bütün bunlar Quranın dünya görüşü idi. İndi isə gəlin sünnə yolu ilə, yəni Allah Rəsulunun (s) məntiqi ilə bu mövzunu analiz edək.

Bəli, Allah Rəsulu (s) Allahdan dua edərək Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalib (ə) və ona köməklik göstərənlər haqqında düşmənləri önündə nüsrət əta etməsini və kömək etməsini dua edib. Başqa bir tərəfdən məğlubiyyət və xar olmanı isə o Həzrətə (ə) qarşı gələnlərə və beyətlərini sındırmaqla düşmən cərgəsində yer alanlara aid edir. Bunlar əsla bir iddia deyil, əksinə faktdır. Quranın məntiqinə görə də Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalib (ə) apardığı hər üç döyüşdə - Nakisin, Qasitin və Mariqin döyüşündə Allah Təalanın yardımı sayəsində əsil qalibdir. Baxmayaraq ki, Müaviyə qurduğu hökuməti ölənə qədər qorumağı bacardı. Amma Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalibin (ə) hər bu üç müharibədə Allah Rəsulunun (s) göstərişi ilə döyüşməsi zahiri görünüşü alt-üst edir.

 

Bəzzar öz Musnədində yazır:

حدثنا عباد بن يعقوب قال نا الربيع بن سعيد قال نا سعيد بن عبيد عن علي بن ربيعة عن علي قال عهد إلي رسول الله صلى الله عليه وسلم في قتال الناكثين والقاسطين والمارقين .

البزار ، أبو بكر أحمد بن عمرو بن عبد الخالق (متوفاي292 هـ) ، البحر الزخار (مسند البزار) ، ج 3 ، ص26ـ 27 ، ح774 ، تحقيق : د. محفوظ الرحمن زين الله ، ناشر : مؤسسة علوم القرآن ، مكتبة العلوم والحكم - بيروت ، المدينة الطبعة : الأولى ، 1409 هـ .

 

İbad ibn Yəqub bizə danışdı və dedi: Rəbi ibn Səid bizə danışdı və dedi: Sədi ibn Ubeyd Əli ibn Rəbiədən, o da Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: “Allah Rəsulu (s) məndən Nakisin, Qasitin və Mariqin döyüşləri haqqında əhd alıb.

Bəzzar, Əl-Bəhr əz-zəxxar, (Musnəd əl-Bəzzar), c. 3, s. 26-27, h. 774, Məhfuzurrəhman Zeynullahın təhqiqi, Naşir: Muəssisə ulum əl-Quran, Məktəbə əl-ulum və əl-hikəm, Beyrut, Mədinə, 1-ci çap, 1409 h. q

Heysəmi bu rəvayəti nəql etdkdən sonra yazır:

رواه البزار والطبراني في الأوسط وأحد إسنادي البزار رجاله رجال الصحيح غير الربيع بن سعيد ووثقه ابن حبان .

الهيثمي ، أبو الحسن علي بن أبي بكر (متوفاي 807 هـ) ، مجمع الزوائد ومنبع الفوائد ، ج 7 ، ص 238 ، ناشر : دار الريان للتراث/‏ دار الكتاب العربي - القاهرة ، بيروت – 1407هـ .

Bu rəvayəti Bəzzar və Təbərani nəql etmişdir. Bu hədisin sənədləri Rəbi ibn Səid istisna olmaqla Səhih Buxarinin raviləridir. Lakin İbni Həbban onu da tovsiq (etimad olunan şəxslərdən elan) etmişdir.

Heysəmi, Məcmə əz-zəvaid, c. 7, s. 238, Naşir: Dar ər-rəyyan litturas, Dar əl-kitab əl-ərəbi, Qahirə, Beyrut, 1407 h. q

Əb Yə`la deyir:

 

حدثنا الصلت بن مسعود الجحدري حدثنا جعفر بن سليمان حدثنا الخليل بن مرة عن القاسم بن سليمان عن أبيه عن جده قال سمعت عمار بن ياسر يقول أمرت أن أقاتل الناكثين والقاسطين والمارقين .

أبو يعلى الموصلي التميمي ، أحمد بن علي بن المثنى (متوفاي307 هـ) ، مسند أبي يعلى ، ج 3 ، ص 194 ، ح1623 ، تحقيق : حسين سليم أسد ، ناشر : دار المأمون للتراث - دمشق ، الطبعة : الأولى ، 1404 هـ – 1984م .

Səlt ibn Məsud bizə danışdı və dedi: Cəfər ibn Süleyman bizə danışdı və dedi: Xəlil ibn Mərrə Qasim ibn Süleymandan, o da atasında, o da babasından Əmmar Yasirin belə dediyini eşitdim: “Mənə (Allah Rəsulu (s) tərəfindən) Nakisin, Qasitin və Mariqinlə döyüşmək haqqında göstəriş var idi.

Əby Yəla, Müsnəd Əbu Yəla, c. 3, s. 194, h. 1623, Hüseyn Səlim Əsədin təhqiqi, Naşir: Dar əl-məmun litturas, Dəməşq, 1-ci çap, 1404 h. q

Dulabi Əmmar Yasirdən nəqlən yazır:

حدثنا الحسن بن علي بن عفان ، قال : ثنا الحسن بن عطية ، قال : ثنا أبو الأرقم ، عن أبي الجارود ، عن أبي الربيع الكندي ، عن هند بن عمرو ، قال : سمعت عمارا يقول : أمرني رسول الله [صلى الله عليه وسلم] أن أقاتل مع علي الناكثين والقاسطين والمارقين .

الدولابي ، الإمام الحافظ أبو بشر محمد بن أحمد بن حماد (متوفاي310هـ) ، الكنى والأسماء ، ج 1 ، ص 360 ، تحقيق : أبو قتيبة نظر محمد الفاريابي ، ناشر : دار ابن حزم - بيروت/ لبنان ، الطبعة : الأولى ، 1421 هـ ـ 2000م .

Həsən ibn Əli ibn Əffan bizə danışdı və dedi: Həsən ibn Ətiyyə bizə danışdı və dedi: Əbul Ərqəm Əbu Caruddan, o da Əbu Rəbi Kindidən, o da Hind ibn Əmrin belə dediyini nəql edir: Əmmarın belə dediyini eşitdim: Allah Rəsulu (s) mənə tapşırmışdı ki, Əlinin yanında Nakisin, Qasitin və Mariqinlə döyüşüm.

Dulabi, Əl-Kina və əl-Əsma, c. 1, s. 360, Əbu Quteybə Nəzər Məhəmməd Faryabinin təhqiqi, Naşir: Dar İbn Həzm, Beyrut, Livan, 1-ci çap, 1421 h. q

Şaşi yazır:

      حدثنا أحمد بن زهير بن حرب نا عبدالسلام بن صالح أبو الصلت نا عائذ بن حبيب نا بكر بن ربيعة وكان ثقة نا يزيد بن قيس عن إبراهيم عن علقمة عن عبدالله قال أمر رسول الله صلى الله عليه وعلى آله وسلم عليا أن يقاتل الناكثين والقاسطين والمارقين .

الشاشي ، أبو سعيد الهيثم بن كليب (متوفاي335هـ) ، مسند الشاشي ، ج 1 ، ص 342 ، تحقيق : د. محفوظ الرحمن زين الله ، ناشر : مكتبة العلوم والحكم - المدينة المنورة ، الطبعة : الأولى ، 1410هـ .

Əhməd ibn Zuheyr ibn Hərb bizə danışdı və dedi: Əbdüssalam ibn Saleh Əbu Səlt bizə danışdı və dedi: Aiz ibn Həbib bizə danışdı və dedi: Etibarlı ravi sayılan Bəkr ibn Rəbiə bizə danışdı və dedi: Yezid ibn Qeys İbrahim ibn Əlqəmədən Abdullah ibn Məsudun belə dediyini nəql edir: Allah Rəsulu (s) Nakisin, Qasitin və Mariqin ilə döyüşməsi haqqında Əliyə (ə) göstəriş vermişdir.

Şaşi, Müsnəd Şaşi, c. 1, s. 342, Məhfuzurrəhman Zeynullahın təhqiqi, Naşir: Məktəbə əl-ulum və əl-hikəm, Mədinə, 1-ci çap, 1410 h. q

Təbərani bu mətləbi Abdullah ibn Məsuddan belə nəql edir:

        حدثنا الْهَيْثَمُ بن خَالِدٍ الدُّورِيُّ ثنا محمد بن عُبَيْدٍ الْمُحَارِبِيُّ ثنا الْوَلِيدُ بن حَمَّادٍ عن أبي عبد الرحمن الْحَارِثِيِّ عن إبراهيم عن عَلْقَمَةَ عن عبد اللَّهِ قال أَمَرَ عَلِيٌّ بِقِتَالِ النَّاكِثِينَ وَالْقَاسِطِينَ وَالْمَارِقِينَ .

الطبراني ، سليمان بن أحمد بن أيوب أبو القاسم (متوفاي360هـ) ، المعجم الكبير ، ج 10 ، ص 91 ، ح10054 ، تحقيق : حمدي بن عبدالمجيد السلفي ، ناشر : مكتبة الزهراء - الموصل ، الطبعة : الثانية ، 1404هـ – 1983م .

 

Heysəm ibn Xalid Dövri bizə danışdı və dedi: Məhəmməd ibn Ubeyd Muharibi bizə danışdı və dedi: Vəlid ibn Həmmad Əbu Əbdürrəhman Harisidən, o da İbrahim ibn Əlqəmədən, o da Abdullah ibn Məsudun belə dediyini nəql edir: Allah Rəsulu (s) Əliyə (ə) Nakisin, Qasitin və Mariqinlə döyüşməyi tapşırdı.

Təbərani, Əl-Mucəm əl-kəbir, c. 10, s. 91, h. 10054, Həmdi ibn Əbdülməcid Sələfinin təhqiqi, Naşir: Məktəbə əz-Zəhra, Mosul, 2-ci çap, 1404 h. q

Hakim Nişapuri bu mətləbi Əbu Əyyub Ənsaridən nəql edərək yazır:

حدثنا أبو سعيد أحمد بن يعقوب الثقفي ثنا الحسن بن علي بن شبيب المعمري ثنا محمد بن حميد ثنا سلمة بن الفضل حدثني أبو زيد الأحول عن عقاب بن ثعلبة حدثني أبو أيوب الأنصاري في خلافة عمر بن الخطاب رضي الله عنه قال أمر رسول الله صلى الله عليه وسلم علي بن أبي طالب بقتال الناكثين والقاسطين والمارقين

النيسابوري ، محمد بن عبدالله أبو عبدالله الحاكم (متوفاي405 هـ) ، المستدرك على الصحيحين ، ج 3 ، ص 150 ، ح4674 ، تحقيق : مصطفى عبد القادر عطا ، ناشر : دار الكتب العلمية - بيروت ، الطبعة : الأولى ، 1411هـ - 1990م .

Əbu Səid Əhməd ibn Yəqub Səqəfi bizə danışdı və dedi: Həsən ibn Əli ibn Şəbib Muəmməri bizə danışdı və dedi: Məhəmməd ibn Həmid bizə danışdı və dedi: Sələmə ibn Fəzl Ömərin xilafəti dövründə Əbu Əyyub Ənsarinin belə dediyini nəql edir: Allah Rəsulu (s) Əliyə (ə) Nakisin, Qasitin və Mariqinlə döyüşməyi tapşırdı.

Hakim Nişapuri, Müstədrək, c. 3, s. 150, h. 4674, Mustafa Əbdülqadir Ətanın təhqiqi, Naşir: Dar əl-kutub əl-elmiyyə, Beyrut, 1-ci çap, 1411 h. q

Məqdisi yazır:

فقال علي عليه السلام دعوهم حتى يأخذوا مالا ويسفكوا دما وكان يقول أمرني رسول الله صلى الله عليه وسلم بقتال الناكثين والقاسطين والمارقين فالناكثون أصحاب الجمل والقاسطون أصحاب صفين والمارقون الخوارج .

المقدسي ، مطهر  بن طاهر (متوفاي507 هـ) ، البدء والتاريخ ، ج 5 ، ص 224 ، ناشر : مكتبة الثقافة الدينية – بورسعيد .

Əli (ə) kufəliləri mal əldə etmək və qan tökmək üçün döyüşə çağırarkən buyurardı: “Allah Rəsulu (s) mənə Nakisin, Qasitin və Mariqinlə döyüşməyi tapşırmışdı. Nakisin Cəməl əhli, Qasitin Siffiyn əhli və Mariqin xəvaricdir.”

Əl-Məqdisi, Əl-Bədu və ət-tarix, c. 5, s. 224, Naşir: Məktəbə əs-siqafə əd-diniyyə, Pursəid

İbni Həcər Əsqəlani, Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalibin (ə) Nakisin, Qasitin və Mariqinlə Allah Rəsulunun (s) əmri əsasında döyüşdüyünü doğrulamışdır:

 

فَائِدَةٌ كانت وَقْعَةُ الْجَمَلِ في سَنَةِ سِتٍّ وَثَلَاثِينَ وَكَانَتْ وَقْعَةُ صَفِّينَ في رَبِيعٍ الْأَوَّلِ سَنَةَ سَبْعٍ وَثَلَاثِينَ وَاسْتَمَرَّتْ ثَلَاثَةَ أَشْهُرٍ وَكَانَتْ النَّهْرَوَانُ في سَنَةِ ثَمَانٍ وَثَلَاثِينَ

قَوْلُهُ ثَبَتَ أَنَّ أَهْلَ الْجَمَلِ وَصِفِّينَ وَالنَّهْرَوَانِ بُغَاةٌ هو كما قال وَيَدُلُّ عليه حَدِيثُ عَلِيٍّ أُمِرْت بِقِتَالِ النَّاكِثِينَ وَالْقَاسِطِينَ وَالْمَارِقِينَ رَوَاهُ النَّسَائِيُّ في الْخَصَائِصِ وَالْبَزَّارُ وَالطَّبَرَانِيُّ وَالنَّاكِثِينَ أَهْلُ الْجَمَلِ لِأَنَّهُمْ نَكَثُوا بَيْعَتَهُ وَالْقَاسِطِينَ أَهْلُ الشَّامِ لِأَنَّهُمْ جَارُوا عن الْحَقِّ في عَدَمِ مُبَايَعَتِهِ وَالْمَارِقِينَ أَهْلُ النَّهْرَوَانِ لِثُبُوتِ الْخَبَرِ الصَّحِيحِ فِيهِمْ أنَّهُمْ يَمْرُقُونَ من الدِّينِ كما يَمْرُقُ السَّهْمُ من الرَّمِيَّةِ وَثَبَتَ في أَهْلِ الشَّامِ حَدِيثُ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ وقد تَقَدَّمَ وَغَيْرُ ذلك من الْأَحَادِيثِ .

تلخيص الحبير في أحاديث الرافعي الكبير ، ج 4 ، ص 44 ، أحمد بن علي بن حجر أبو الفضل العسقلاني (متوفاي852 ، ناشر :  - المدينة المنورة - 1384 - 1964 ، تحقيق : السيد عبدالله هاشم اليماني المدني

Otuz altıncı (h.q.) ildə Cəməl döyüşü və otuz yeddinci (h.q.) ilin rəbiul-əvvəl ayında üç ay davam edən Siffiyn döyüşü baş verib. Nəhrivan döyüşü də otuz səkkizinci (h.q.) ildə oldu. Cəməl, Siffiyn və Nəhrivan əhli təcavüzkar və zülmkar idilər. Çünki bu üç dəstə ilə vuruşma əmrini Allah Rəsulu (s) özü Əliyə (ə) vermiş və buyurmuşdu: “Nakisin, Qasitin və Mariqinlə döyüş!”

Bu rəvayəti Nəsai (“Xəsais” kitabında), Bəzzar və Təbərani nəql etmişdirlər. Nakisin həmin Cəməl əhlidir. Onlar Əli (ə) ilə olan beyətlərini sındırdılar. Qasitin Şam əhlidir. Onlar haqqa qarşı çıxdılar və beyətdən boyun qaçırdılar. Mariqin Nəhrivan əhlidirlər. Səhih xəbərdə gəldiyinə görə onlar oxun kamandan çıxdığı kimi dindən çıxıblar. Şam əhli haqqında Allah Rəsulunun (s) Əmmar Yasir barədə sabit olan bir hədisdə buyurur: “Onu (Əmmar Yasiri) təcavüzkar və zülmkar dəstə öldürəcək.” Bu barədə əvvəl də qeyd edilib və bundan başqa rəvayətlər də mövcuddur.

İbni Həcər Əsqəlani, Təlxis əl-həbir fi əhadis ər-rafii əl-kəbir, c. 4, s. 44, Seyid Abdullah Haşim Yəmani Mədəninin təhqiqi, Naşir: Əl-Mədinə əl-munəvvərə, 1384 h. q

Məlum olduğu kimi Əmmar Yasir Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutaliblə (ə) birgə ona kömək məqsədi ilə Cəməldə döyüşdü və Siffiyndə zalım və batil dəstə tərəfindən şəhid edildi. İmam (ə) özü də  Nəhrivandan qaçmağı bacaran  xəvariclərdən Əbdürrəhman ibn Mülcəm tərəfindən Ramazan ayının 19-da sübh namazı qılarkən mehrabda başından zərbətləndi və Ramazan ayının 21-i şəhadətə çatdı.

Beləliklə, səksən il xalqa zülmlə başçılıq etmələrinə və çox yerləri fəth etmələrinə baxmayaraq, Allah Təala Bəni Üməyyəni (Əməviləri) xar və məğlub etdi. Bunun müqabilində Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalib (ə) və tərəfdarları zahiri məğlubiyyətlər və tarix boyu gördükləri zülmlərlə qalib gələn tərəf oldular.

Gəldiyimiz bu qənaətə tarix ən sədaqətli şahiddir. Çünki Həzrət Əmirəlmöminin İmam Əli ibn Əbutalibin (ə) məhəbbəti, fikri, əqidəsi, məramı və hər bir xüsusiyyəti ilə bütün insanların qəlbində özünə məxsus yer tutmuşdur. Onun xatirəsi bu gün də izzət və məhəbbətlə yad edilir. Qəbri bütün aşiqləri üçün eşq ocağına çevrilmişdir. Lakin Bəni Üməyyə adı isə xalqın xatirəsində qaranlıqlar, zülm, cinayət, fəsad və sair kimi ən alçaq xüsusiyyətlərlə birgə tanınır.

Allah Rəsulunun (s) duasının qəbul edilmədiyi haqqında İbn Teymiyyənin yaratmaq istədiyi şübhənin ən gözəl cavabı da elə məhz budur!

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Şeyx Fərhad Mirzə