Goranboyda qəzada 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib. Qəza zamanı 1969-cu il təvəllüdlü Tanrıverdiyeva Aybəniz və 1964-cü il təvəllüdlü Tanrıverdiyeva Vəzifə Əli qızları vəfat, 2013-cü il təvəllüdü Əlizadə Cəmilə Rəsul qızı, 1982-ci il təvəllüdlü Əliyev Rəsul Eldar oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Sənəm Məmməd qızı, 1972-ci il təvəllüdlü Əliyeva Dilarə Eldar qızı və1984-cü il təvəllüdü Orucov İkram İbarahim oğlu isə müxtəlif formada xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərin kafi olduğu bildrilir.