Gəncədə yaşayış binası yanır, iki yanğınsöndürən xəsarət alıb

Gəncədə yaşayış binası yanır, iki yanğınsöndürən xəsarət alıb

Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Facebook