Gənc güləşçilərimiz Türkiyədə keçirilən yarışda 11 medal qazanıblar

Türkiyənin Antalya şəhərində gənc güləşçilər arasında “Çempionlar” turniri start götürüb.

Trend xəbər verir ki, ilk 2 yarış günündən sonra təmsilçilərimiz 11 medal qazanıblar.

Yunan-Roma güləşində Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq) və Qurban Qurbanov (72 kq) qızıl, Urfan Həsənli (72 kq) və Rauf Əliyev (82 kq) gümüş, Ruslan Nurullayev (72 kq) isə bürünc medal əldə ediblər.

Sərbəst güləşdə Əbülfəz Nəsirov (65 kq) və Fərid Cabbarov (86 kq) üçüncü yeri tutublar.

Qadın güləşində isə Elnurə Məmmədova (55 kq) və Mərziyə Sadıqova (72 kq) çempion olublar. Əsmər Canqurtaran (50 kq) isə ikinci yeri tutub.

Qeyd edək ki, turnirə mayın 15-də yekun vurulacaq.